“Qarabağ” – “Rakuv”: KİM ŞANSLIDIR?
02.08.2023 - 12:59
“Qarabağ” – “Rakuv”: KİM ŞANSLIDIR?

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Rakuv” (Polşa) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları evdə mübarizə aparacaq Ağdam təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq matçda Azərbaycan çempionunun qələbəsi 2,02, Polşa təmsilçisinin uğuru 3,54 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,31 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

0