“Sabah” "Makkabi"yə böyük hesabla qalib gəldi - YENİLƏNİB
25.07.2024 - 23:14
“Sabah” "Makkabi"yə böyük hesabla qalib gəldi - YENİLƏNİB

"Sabah" bu gün Konfrans Liqasında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Hayfa "Makkabi"si ilə qarşılaşıb.

Görüş təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA konfrans Liqası

II təsnifat mərhələsi

25 iyul

21:15. “Makkabi” (Hayfa, İsrail) - “Sabah” 0:3

Qol: Pavol Şafranko, 60. Sekidika, 78, Xəyal Əliyev, 88

Baş hakim: Natan Verboomen (Belçika).

Macarıstan, “Varkert” stadionu.

"Makkabi": 40. Şərif Keuf, 2. Daniel Sandqren, 44. Lorenso Simiç, 34. Aleksandr Sirota, 27. Pyerr Kornud, 26. Mahmud Caber, 4. Əli Məhəmməd, 11. Lior Rafaelov (k), 8. Dolev Haziza, 9. Frantzdi Pyerro, 21. Din David

Baş məşqçi: Barak Baxar 

"Sabah": 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrazabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 13. İvan Lepinitsa, 20. Coy Lens-Mikels, 70. Cesse Sekidika, 28. Kahim Parris, 18. Pavol Şafranko

Baş məşqçi: Krunoslav Renduliç

0