“Sumqayıt” Tovuz səfərindən 3 xalla dönür - YENİLƏNİB
19.04.2024 - 18:30
“Sumqayıt” Tovuz səfərindən 3 xalla dönür - YENİLƏNİB

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start verilib.

Apasport.az xəbər verir ki, günün yeganə matçı Tovuzda keçirilir."Turan Tovuz" "Sumqayıt"ı qəbul edib. Görüş "kimyaçılar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası

XXXI tur

19 aprel

16:30. “Turan Tovuz” – “Sumqayıt” - 1:4 (İkinci hissə)

Qollar: Şəhriyar Əliyev, 15-avtoqol (0:1), Erik Sorqa, 22 (0:2), Otto Con, 52-pen. (1:2), Səbuhi Abdullazadə, 89, Cordan Rezabala, 90+5

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

Tovuz şəhər stadionu

0