ABL: “Neftçi” və "Sabah" pley-off matçına çıxır
21.04.2025 - 09:37
ABL: “Neftçi” və "Sabah" pley-off matçına çıxır

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi davam edir. Bu gün daha iki qarşılaşma keçiriləcək.

Apasport.az xəbər verir ki, günün ilk oyununda “Sərhədçi” “Sabah”la üz-üzə gələcək. Qarşılaşma Sərhədçi İdman Mərkəzində baş tutacaq.

Komandalar arasında baş tutmuş ilk matçda “Sabah” rəqibini 90:64 hesabı ilə məğlub etmişdi. 

Günün digər qarşılaşması Bakı İdman Sarayında keçiriləcək. Burada “Neftçi” və “Ordu” komandaları üz-üzə gələcək.

Seriyanın ilk matçında “Neftçi” 93:84 hesabı ilə qalib gəlib.

Hər iki oyun saat 19:00-da start götürəcək.