Basketbol Federasiyası uşaq basketbol məşqçilərinə sertifikatlarını təqdim edib
25.04.2024 - 15:33
Basketbol Federasiyası uşaq basketbol məşqçilərinə sertifikatlarını təqdim edib

Azərbaycan Basketbol Federasiyasının (ABF) məşqçilik seminar təlimlərini uğurla tamamlamış uşaq basketbol məşqçilərinə sertifikatların təqdim olunma mərasimi baş tutub

Apasport.az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün “Sərhədçi” İdman Mərkəzində baş tutan mərasimdə federasiya rəsmiləri tərəfindən seminarı uğurla tamamlamış 44 məşqçidən 9-u “B”, 35-i isə “C” kateqoriyalı sertifikatlarla təltif olunub. 

Qeyd edək ki, təlimlərdə uğursuz nəticə göstərmiş məşqçilər üçün, Azərbaycan Basketbol Federasiyası tərəfindən yay aylarında yenidən seminar təlimlər təşkil olunacaqdır.

0