"Gəncə"dən çətin qələbə
19.02.2026 - 19:31
Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində daha bir oyun keçirilib.
Apasport.az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" ilə üz-üzə gələn "Gəncə" 95:92 hesablı qələbə qazanıb.
Bu nəticənin ardından qərb təmsilçisi yarımfinala yüksəlib.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Ordu" "Sumqayıt"ı (93:74) "Sabah" isə "Quba"nı (113:76) məğlub edərək növbəti mərhələyə adlayıb.
0
0