"Sabah" müntəzəm mövsümün çempionudur 
24.04.2024 - 23:28
"Sabah" müntəzəm mövsümün çempionudur 

24 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun açılış oyunu baş tutub.

Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" klublarının üz-üzə gəldiyi oyunda, "Sabah" rəqibinə 77-65 hesabı ilə qalib gəlib. Bu qələbə ilə "Sabah" klubu müntəzəm mövsümü lider bitirərək, adını pley-off 'un yarımfinalına yazdırıb.

Ən məhsuldar basketbolçular: "Sabah" (Artyoms Butyankovs - 15 xal, 13 ribaund), "Xəzri" (Cordan Perkins - 18 xal, 6 ribaund). 

Qeyd edək ki, sonuncu 18-ci turun növbəti oyunları ("Xırdalan" - "Cəlilabad", "Neftçi" - "Sərhədçi", "NTD-İNDİQO" - "Şəki", "Gəncə" - "Sumqayıt") 25,26,27 və 28 aprel tarixlərində baş tutacaq

0