DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.
Apasport.az xəbər verir ki, I qrupunda Fransa millisi Seneqal ilə qarşılaşır.
Nyu-Yorkda keçirilən görüşə bu gün Bakı vaxtı ilə saat 23:00-da start verilib.
Matçın ilk hissəsində qapılara qol vurulmayıb.
İkinci hissəyə daha fəal başlayan Fransa istəyinə 66-cı dəqiqədə çatıb. Maykl Olisenin mükəmməl ötürməsindən sonra Kilian Mbappe hesabı açıb.
82-ci dəqiqədə Fransa hesab arasındakı fərqi artırıb. Rabiyonun pasında qapıçıyla təkbətək çıxan Bredli Barkola topu Eduard Mendinin başı üzərindən tora qovuşdurub.
95-ci dəqiqədə Seneqalın heyətində İbrahim Mbaye fərqi azaltsa da, 1 dəqiqə sonra Kilian Mbappe fantastik zərbə ilə yenidən fərqi 2 topa çatdırıb: 3:1.
Görüş bu hesabla da başa çatıb.
DÇ-2026
I qrupu
16 iyun
23:00. Fransa – Seneqal 3:1
Qol: K. Mbappe, 66, 96, B. Barkola, 82, İ. Mbaye, 90+5
Fransa: 16. Mayk Menyan, Dayo Upamenkano, 5. Jül Kunde, 17. Villiam Saliba, 19. Teo Ernandes, 8. Orelyen Çuameni, 14. Adrien Rabyo, 7. Usman Dembele, 10. Kilian Mbaappe (k), 11. Maykl Olise, 20. Dezire Due
Ehtiyat oyunçular: 1 Bris Samba, 23 Robin Risser, 2 Malo Qusto, 3 Lukas Din, 15 İbrahima Konate, 21 Lukas Ernandes, 26 Maksans Lakrua, 6 Manu Kone, 13 Nqolo Kante, 18 Varren Zair-Emeri, 24 Rayan Şerki, 25 Maqnes Akliuş, 9 Markus Türam, 12 Bredli Barkola, 22 Jan-Filip Mateta
Baş məşqçi: Didye Deşam
Seneqal: 16. Eduard Mendi, 3. Xalidu Kulibali (k), 15. Krepin Diatta, 19. Mussa Niakate, 25. El Hadji Malik Diuf, 5. İdrissa Qana Qeye, 8. Lamin Kamara, 26, Pape Qeye, 10. Sadio Mane, 11. Nikolas Cekson, 18. İsmaila Sarr
Ehtiyat oyunçular: 1 Yevan Diuf, 23 Mori Diav, 2 Mamadu Sarr, 4 Abdulaye Sek, 14 İsmayıl Yakobs, 24 Antuan Mendi, 6 Pate Siss, 17 Pap Matar Sarr, 21 Habib Diarra, 22 Bara Sapoko Ndiay, 7 Assan Diao, 9 Bamba Dienq, 12 Şerif Ndiay, 13 İliman Ndiay, 20 İbrahim Mbaye
Baş məşqçi: Pap Tyav
- Çempionlar Liqası: "SABAH"IN RƏQİBİ BƏLLİ OLDU - YENİLƏNİB
- DÇ-26: İngiltərə millisinin heyətində dəyişiklik
- İran millisində viza problemi: DÇ-2026-da iştirak etməyə bilər
- DÇ-26: Braziliyada Rafinya şoku: FƏRDİ MƏŞQ ETDİ
- TRT-dən mundialdakı kuryoz səhvə görə üzrxahlıq: Şərhçi yayım qrupundan uzaqlaşdırıldı