Ozan Germandan 2 oyunluq KUPON
19.07.2022 - 15:06
Ozan Germandan 2 oyunluq KUPON

Türkiyəli futbol eksperti Ozan German Çempionlar Liqasının II təsnifat mərhələsinin 2 oyununa kupon hazırlayıb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis “Qarabağ” – “Sürix” və “Dinamo” (Zaqreb) – “Şkupi” matçları ilə bağlı düşüncələrini bölüşüb.

Bakıda qarşılıqlı qollar gözləyən German Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası Zaqreb “Dinamo”sunun qarşılaşmasının birinci hissəsində qollar proqnozlaşdırıb.

Ekspertin kuponunun əmsalı 4,76-dır.

“Qarabağ” – “Sürix”
Əvvəlki mərhələdə “Lex”i üstələyən “Qarabağ” polşalılara 0:1 hesabı ilə məğlub olduğu ilk görüşü də yaxşı keçirmişdi. Əsl gücünü revanş matçında göstərdi və 5:1 hesablı qələbə qazandı. Komanda hazırda yaxşı formadadır. “Sürix” isə İsveçrə çempionatına “Yanq Boyz” məğlubiyyəti (0:4) ilə başladı. 0:0 hesabı ilə gedən matçın 54-cü dəqiqəsində penaltini qaçırdılar, ardından isə qol buraxaraq pərən-pərən düşdülər. Halbuki həmin ana qədər zəif oynamadılar. Zövqlü mübarizə və qarşılıqlı qollar gözləyirəm.

“Dinamo” (Zaqreb) – “Şkupi”
Şimali Makedoniya təmsilçisi əvvəlki mərhələdə “Linkoln” kimi zəif rəqibini yarışdan kənarlaşdırsa da, səfərdə məğlub olmuşdu. Güclü “Dinamo” qarşısında şansları yox deyiləcək qədər azdır. Xorvatiya Superkubokunu qazanan, çempionata qələbə ilə başlayan zaqreblilər hər iki görüşü yüksək səviyyədə keçirməsə də, Çempionlar Liqasına hazırdır. Birinci hissədə ən azı 2 qol gözləyirəm.

“Qarabağ” – “Sürix”: Q/Q
“Dinamo” (Zaqreb) – “Şkupi”: H/T – 1,5 ÜST
 

0