Alfonso Dominqes Olimpiadada yarımfinala yüksəlib
01.08.2024 - 20:30
Alfonso Dominqes Olimpiadada yarımfinala yüksəlib

Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışları davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan boksçusu Alfonso Dominqes (92 kq) bu gün 1/4 final çərçivəsində Aybek Oralbayla (Qazaxıstan) qarşılaşıb. Tokio-2020-nin bürünc medalçısı rəqibinə 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Ardıcıl ikinci qələbəsini qazanan Alfonso yarımfinala vəsiqə ilə özü üçün ən azı bürünc medalı təmin edib. O, finala vəsiqə uğrunda Enmanuel Reyes Pla (İspaniya) ilə üz-üzə gələcək. Bu döyüş avqustun 4-də olacaq.

Qeyd edək ki, 1/4 finala yüksələn digər boksçumuz Murad Allahverdiyev (80 kq) sabah rinqə çıxacaq.

0