Boksçularımız İslamiadanı 6 medalla başa vurublar
10.11.2025 - 23:18
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən Aynur Mikayılova bu gün final görüşünə çıxıb.
İdmançımız özbəkistanlı Khumorabonu Mamajonova ilə üz-üzə gəlib.
Təmsilçimiz bu görüşdə məğlub olaraq gümüş medala sahib çıxıb.
Qeyd edək ki, bu nəticə ilə boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 1 qızıl, 3 gümüş, 2 bürünc olmaqla, ümumilikdə 6 medalla başa vurublar.
0
0