[b]Debütant 1-ci liqa klubu ilə bacarmadı[/b]
18.07.2018 - 20:14
[b]Debütant 1-ci liqa klubu ilə bacarmadı[/b]

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu qonşu ölkənin birinci liqa təmsilçisi “Giresunspor” olub.

 

“Vonresort Abant” otelinin meydaçasında keçirilən qarşılaşmada hesabı “Sabah” açıb. Vitali Kvaşuk görüşün 55-ci dəqiqəsində cərimə zərbəsindən gözəl qola imza atıb. Rəqib matçın son dəqiqələrində hesabı bərabərləşdirib. Oyun 1:1 hesablı bərabərliklə nəticələnib.

 

Aşağı liqa klubunu uda bilməyən Premyer Liqanın debütantı görüşə bu heyətlə çıxıb:

30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev (k), 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov. Ülvi İbazadə, Elvin Həsənəliyev, Cavid İmamverdiyev, Elvin Bədəlov isə oyuna sonradan daxil olub.

 

0