Elşən Çərkəzov dünya çempionatına qələbə ilə başladı
28.07.2026 - 11:31
Azərbaycanın yunan-Roma güləşçisi Elşən Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən güləşçimiz təsnifat mərhələsində Qazaxıstan təmsilçisi Nurali Askarı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.
Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
0
0