17 oyuna dəqiq MƏRC
15.02.2023 - 15:01
17 oyuna dəqiq MƏRC

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Cənubi Afrika Respublikasından olan proqnozsevər 17 futbol matçına mərc edib.

O, bu böyük ekspressə 50 rand (4,71 manat) pul qoyub. Bu kuponun əmsalı 7608,66-ya bərabər olub.

Afrikalı better təxminlərində yanılmayıb. Bütün proqnozları düzgün çıxan müştəri 380 min 433 rand (35 min 831,05 manat) uduş əldə edib.

0