346 min əmsallıq kuponu SATDI
08.12.2022 - 17:38
346 min əmsallıq kuponu SATDI

Bukmeker kontorlarında növbəti qeyri-adi mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, better 20 matça proqnoz verib.

Onun ekspress kuponunun ümumi əmsalı 346005,90-a bərabər olub. Proqnozsevər bütün matçlarda nəticəyə mərc edib.

Better cəmi 20 Rusiya rublu (54 qəpik) ilə riskə gedib. Oyunların gedişi ona böyük qazanc vəd edirdi. Lakin uzaqgörən müştəri bukmekerlərin kuponu satmaq təklifini vaxtında qəbul etməyi lazım bilib.

Proqnozsevər 670 min 577 rublluq (18 min 175,79 manat) təklifi qəbul edərək ziyandan qaçıb. Belə ki, sonda iki görüşün nəticəsi ona sərf etməyən kimi olub.
 

0