5572,57 əmsallıq UDUŞ
14.02.2023 - 17:31
5572,57 əmsallıq UDUŞ

Bukmeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər böyük və rəngarəng mərcə üstünlük verib.

Better 18 matça mərc gəlib. O, futbol və hokkeyin qarışığından qazanmaq niyyətinə düşüb. Müştəri Premyer Liqa, La Liqa, A seriyası, Liqa1, Rumıniya çempionatı, həmçinin Kontinental Hokkey Liqası, Milli Hokkey Liqası, Ontorio Hokkey Liqası və Almaniyanın hokkey üzrə ikinci divizionunun görüşlərini seçib.

Nəticələrə, totallara, foralı qələbələrə mərc edən proqnozsevərin variantları da rəngarəng olub. Nəticədə kuponun ümumi əmsalı 5572,57-yə çatıb.

Bir qarşılaşmanın nəticəsi geri qaytarılmasaydı, bu rəqəm daha yüksək olacaqdı. 17 təxmini dəqiq çıxan better qoyduğu 100 rublun (2,31 manat) qarşılığında 557 min 257 rubl (12 min 872,64 manat) uduşa sahib çıxıb.

0