Qonzalo İquayn üçün 60 milyon avro
07.07.2015 - 21:56
Qonzalo İquayn üçün 60 milyon avro

Londonun “Arsenal” klubu argentinalı hücumçu Qonzalo İquaynı heyətində görməkdə maraqlıdı. Apasport.az saytının “La Gazette dello Sport”a istinadən məlumatına görə, “topçular” argentinalı hücumçu üçün “Napoli”yə 60 milyon avro ödəməyə hazırdı.

 

Qeyd edək ki, “Napoli” 27 yaşlı futbolçunu satmaq üçün 94 milyon avro tələb etmişdi, ancaq hələlik bu təklifə nə reaksiya verəcəyi bilinmir.

 

İquayn ötən mövsüm A seriyasında meydana çıxdığı 37 oyunda 18 dəfə fərqlənə bilib.

0