Yığmamız təlim-məşq toplanışı üçün Koreyanı seçdi
28.07.2015 - 08:05
Yığmamız təlim-məşq toplanışı üçün Koreyanı seçdi

Qadın taekvondoçuardan ibarət Azərbaycan millisi Koreyada təlim-məşq toplanışı keçəcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Çunçeon şəhərində “Korea Open”də iştirak edən komandamız hazırlığını Asiya ölkəsində davam etdirməyi məqsədə uyğun hesab edib.

 

Bu gündən start götürəcək məşqlərdə millimizin baş məşqçisi Sun Mi Park Təranə Məmmədova (46 kq), Partimat Abakarova (49 kq), Marina Tedeyeva (62 kq) və Darya Şkurkonu (62 kq) sınaqdan keçirəcək.

 

Qeyd edək ki, taekvondoçularımızdan Abakarova “Korea Open”i bürünc medalla bitirib.

0