“Qalatasaray” daha bir transfer edir
01.09.2015 - 16:11
“Qalatasaray” daha bir transfer edir

Dortmund “Borussiya”sından Kevin Qrosskroytsu heyətinə qatan “Qalatasaray” daha bir transferi reallaşdırmaq niyyətindədi. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” “Arsenal”ın hücumçusu Aleks Oksled-Çemberleynlə yaxından maraqlanır.

 

İstanbul klubu gənc oyunçu ilə danışıq aparmaq üçün öz agentini Londona göndərib. Türklər öncə Çemberleynin özünü, daha sonra isə “Arsenal” rəhbərliyini razı salmaq fikrindədi.

 

Türkiyədə olduğu kimi, İngiltərədə də “transfer pəncərəsi”nin hələ açıq olması bu transferin baş tutmaq ehtimalını artırır.

 

Qeyd edək ki, “Sauthempton”un yetirməsi olan Çemberleyn 2011-ci ildən “Arsenal”ın formasını geyinir. 

0