[b]“Mən Armenterosa “get” sözünü deməmişəm”[/b]
24.05.2016 - 16:16
[b]“Mən Armenterosa “get” sözünü deməmişəm”[/b]

“Armenterosdan soruşsanız ki, baş məşqçi sənə getmək barədə nəsə deyibmi, “yox” cavabını verəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

44 yaşlı çalışdırıcı ölkə kubokunun “Neftçi” ilə sabah keçiriləcək final matçından öncə mətbuat konfransı keçirib.

 

İsveçli hücumçu Samuel Armenterosun “Qarabağ”dan ayrılmasına da toxunan Qurbanov maraqlı fikir səsləndirib. O bildirib ki, Armenterosa “get” sözünü deməyib: “Onun gedişini mən də saytdan oxudum. Bəzən futbolçu onunla bağlı qərar tez verilməyəndə darıxır. Görünür, Armenteros darıxıb. Mən ona “get” sözünü deməmişəm”.

 

Qeyd edək ki, Samuel Armenteros dünən “tvitter” səhifəsində “Qarabağ”dan ayrıldığını açıqlayıb. 

0