Çex rekorda tək sahib oldu
28.05.2016 - 00:09
Çex rekorda tək sahib oldu

Peter Çex Çexiya millisinin Malta ilə hazırlıq matçında meydana çıxaraq yığma komandada keçirilən oyun sayına görə rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın qapıçısı bu qarşılaşmada 119-cu dəfə milli formanı geyinib.

 

Buna qədər isə o, Karel Poborski ilə birlikdə birinci pillənin şərikli sahibi idi.

 

Qeyd edək ki, Çexiya millisində oyun sayına görə üçüncü yerin sahibi isə Tomaş Rositskidir – 101 oyun.

0