[b]Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı - YENİLƏNİB[/b]
12.08.2016 - 18:00
[b]Rio-2016: Uşanqi Kokauri mübarizəni dayandırdı - YENİLƏNİB[/b]

Rio Yay Olimpiya Oyunlarında bu gün cüdo yarışlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, son gündə daha 2 dəst medal sahibini tapacaq.

 

Qadın cüdoçuların yarışında təmsil olunmayacağımızdan, kişi idmançıların mübarizəsində Uşanqi Kokauri Azərbaycan yığmasına növbəti medalı qazandırmağa çalışıb. Lakin o bunu bacarmayıb.

 

+100 kq çəki dərəcəsində tatamiyə çıxan təmsilçimiz mübarizəyə 1/16 finaldan qoşulub. Avropa çempionatının bürünc medalçısı mərhələ adlamaq üçün latviyalı Arturs Nikiforenko ilə üz-üzə gəlib. Döyüş cüdoçumuzun təmiz qələbəsi ilə yekunlaşıb. Kokauri ipponla mərhələ adlayıb.

 

Yığmamızın ən ağır çəkili cüdoçusu 1/8 finalda isə Hisoyoşi Harasava (Yaponiya) ilə gücünü yoxlayıb. təəssüf ki, görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Uşanqi ipponla uduzub.

 

Bununla da cüdoçularımız Riodakı çıxışını yekunlaşdırıblar.

 

Qeyd edək ki, Kokuaridən öncə Rioda mübarizə aparan 5 cüdoçumuzdan 2-si medal sevinci yaşayıb. Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırdıqları halda, Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 7-ci yeri tutub. Nicat Şıxəlizadə (66 kq) isə ikinci görüşündə məğlubiyyətə üzülüb.

 

0