[b]DÇ-2018-in talesmanı bəlli oldu - FOTO[/b]
22.10.2016 - 01:43
[b]DÇ-2018-in talesmanı bəlli oldu - FOTO[/b]

Rusiyada keçiriləcək DÇ-2018-in talesmanı bəlli olub. Apasport.az-ın məlumatına görə, FİFA-nın rəsmi saytında keçirilən onlayn səsvermənin nəticəsinə əsasən, üç namizəddən biri – canavar turnirin maskotu seçilib.

 

Sentyabrın 23-də başlamış səsvermədə 3 namizəd var idi. Bunlar pişik, pələng və canavar idi.

 

Artıq seçilmiş talesmana ad da veriblər. Canavar bundan sonra Zabivaka adlanacaq.

0