[b]Maradona tənqidə tuş gəldi: Argentinalılar, sizin Allahınız budu?[/b]
22.12.2016 - 12:23
[b]Maradona tənqidə tuş gəldi: Argentinalılar, sizin Allahınız budu?[/b]

Əfsanəvi futbolçu Dieqo Armando Maradona tənqid hədəfinə çevrilib. Apasport.az saytı xəbər verir ki, buna Argentina yığmasının sabiq baş məşqçisinin sosial şəbəkədəki paylaşdığı şəkil səbəb olub.

 

Belə ki, Maradona nəsli kəsilməkdə olan ağ oriks antilopunun balasını ovladıqdan sonra bir əlində tüfəng, digərində isə ölmüş heyvanı tutaraq şəkil çəkdirib. Həmin fotonu “twitter”də paylaşması isə əksəriyyət kimi, Daniella Çavesi də özündən çıxarıb.

 

Məşhur çilili model Maradonaya qarşı çıxaraq, onu bu hərəkətinə görə ittiham edib. O, həmin fotonu paylaşıb, “Argentinalılar, sizin Allahınız budu? Uşaqlara pis nümunə olan birini necə ilahiləşdirirsiz?” fikirlərini yazıb.

 

Təbiətin Beynəlxalq Mühafizəsi İttifaqı adı 1980-ci ildə “Qırmızı kitab”a düşən ağ oriks antilopunun qorunmasına xüsusi fikir verir.

 

Qeyd edək ki, Maradona ekzotik heyvanları ovlamağa görə ittiham edilən ilk sabiq futbolçu deyil. “Barselona”nın keçmiş ulduzu Xristo Stoiçkov da vaxtilə eyni addımı ilə diqqət mərkəzinə düşüb.

 

 

 

0