[b]Çempionlar Liqasında növbəti mərhələyə kimlər çıxdı? - YENİLƏNİB[/b]
20.07.2017 - 01:08
[b]Çempionlar Liqasında növbəti mərhələyə kimlər çıxdı? - YENİLƏNİB[/b]

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 10 qarşılaşma baş tutub.

  

İki matçda ümumilikdə 6:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayan çempionumuz “Qarabağ”ın rəqibi də müəyyənləşib.

 

Albaniyada baş tutan “Kukesi” – “Şerif” duelini qonaqlar qazanaraq təmsilçimizə rəqib olub.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

19 iyul

 

“Dudelanj” (Lüksemburq) - APOEL (Kipr) - 0:1

Qol: Kamarqo, 40

İlk oyun - 0:1

 

“Rusenborq” (Norveç) - “Dandalk” (İrlandiya) - 2:1 (əlavə vaxt)

Qollar: de Lanlay, 43, Vilyalmsson, 102 - Qartland, 12

İlk oyun - 1:1

 

“Kopenhagen” (Danimarka) - “Jilina” (Slovakiya) - 1:2

Qollar: Verbiç, 48 - Otubanjo, 19, Kasa, 58

İlk oyun - 3:1

 

“Kukesi” (Albaniya) - “Şerif” (Moldova) - 2:1

Qollar: Emini, 35, Peyiç, 45+1 - Bayala, 56

İlk oyun – 0:1

 

“Lüdoqorets” (Bolqarıstan) - “Jalgiris” (Litva) - 4:1

Qollar: Nataniel, 41, Vanderson, 55, Keseru, 56, 74 - Nyuiadzi, 15

İlk oyun – 1:2

 

“Maribor” (Sloveniya) - “Zrinski” (Bosniya və Herseqovina) - 1:1

Qollar: Viler, 27 - Todoroviç, 7

İlk oyun -2:1

 

“Zalsburq” (Avstriya) - “Hibernians” (Malta) - 3:0

Qol: Rjatkovski, 11, Qulbrandsen, 20, Haydara, 86

İlk oyun – 3:0

 

“Legiya” (Polşa) - “Mariehamn” (Finlandiya) - 6:0

Qollar: Gilyerme, 6, Kojola, 37 (öz qapısına), Kuçarjik, 40, 55, Simanzki, 80, Miçalak, 82

İlk oyun - 3:0

 

“Seltik” (Şotlandiya) – “Linfild” (Şimali İrlandiya) - 4:0

Qol: Sinkleyr, 4, 54, Rocik, 47, Armstronq, 90+2

İlk oyun – 2:0

 

“Honved” (Macarıstan) - “Hapoel” (Beyer Şeva, İsrail) - 2:3

Qollar: Lanzafeme, 45+2, Barat, 73 - Oqu, 12, Nvaqaeme, 16, Nvakaeme, 84

İlk oyun - 1:2

0