[b]AÇ: Yenə medal olmadı[/b]
03.08.2017 - 10:33
[b]AÇ: Yenə medal olmadı[/b]

Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatının 13-cü gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, qarışıq komandaların skit növündə çempion adına Fransa snayperləri layiq görülüblər.

 

Onlar 28 xal toplayıblar. Kipr 2-ci, İtaliya 3-cü olub. Azərbaycan yığması yarışı 4-cü yerdə bitirib.

 

Gənc oğlanların 50 m məsafəyə atəş açmasında İqor Kijima (Ukrayna) qızıl medal qazanıb. İkinci yer Valeri Davidova (Rusiya), üçüncü pillə Maksim Babuşoka (Ukrayna) qismət olub. Azərbaycan millisinin üzvləri bu yarışa qatılmayıblar.

 

50 m məsafəyə gənc oğlanların komanda mübarizəsinin güclüsü İsrail olub (1762 xal). Onlardan 17 xal geri qalan Rusiya gümüş medal qazanıb. Şimal qonşularımızla eyni xal toplayan Finlandiya isə ilk “üçlüy”ü qapayıb. Bu yarışa da həmyerlilərimizdən qatılan olmayıb.

 

0