Azərbaycanın ən sərrast idmançıları - FOTO
30.01.2009 - 14:25
Azərbaycanın ən sərrast idmançıları - FOTO
Kamandan oxatma üzrə növbəti Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub. Kamandan Oxatma Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda 20-dək idmançı qüvvəsini sınayıb. “GİLAN DƏRİ” MMC-nin himayədarlığı ilə keçirilən çempionatın final mərhələsi “Start” İdman və Əyləncə Kompleksində baş tutub.

Kişilərin mübarizəsində Roman Vengerov qızıl medal qazanıb. O, həlledici qarşılaşmada Emil Akçurini üstələyib. Bürünc medala isə Elçin Babayev layiq görülüb. Qadınlar arasında da ölkə çempionu tituluna yığmanın üzvü Svetlana Simonova sahib çıxıb. Sonrakı yerlərdə ardıcıllıqla Səidə Orucova və Zemfira Qəhrəmanova qərarlaşıblar.

Gənclərin iştirak etdikləri Azərbaycan birinciliyində ilk 3 pilləni müvafiq olaraq, Dimitri Semixov, Viktor Romanov və Zaur Qəhrəmanov tutub. Çempionlara 500 manat pul və kubok verilib. Həmçinin, ikinci və üçüncü yerin sahiblərinə də pul mükafatı təqdim olunub.
0