Azərbaycanlı futbolçu sevgilisinə “Audi Q5” aldı - FOTO
11.03.2010 - 15:38
Azərbaycanlı futbolçu sevgilisinə “Audi Q5” aldı - FOTO
“Qalatasaray” klubunun və Türkiyə milli komandasının müdafiəçisi Sərvət Çətin sevgilisi Ayşe Yıldıza sürpriz edib. Apasport.az saytının məlumatına görə, əslən azərbaycanlı futbolçu tez-tez birgə göründüyü xanıma “Audi Q5” markalı avtomobil alıb. Sərvət sevgilisinə ad günü münasibətilə aldığı bu hədiyyəyə 100 min avro xərcləyib.

Hətta fotoqraflar imkan taparaq, onların avtomobilin yanında şəkillərini də çəkə biliblər. Mətbuata açıqlama verən Sərvət bunları deyib: “Ayşəyə yaddaqalan bir hədiyyə almaq istədim. Buna görə də avtomobil seçdim”.

Öz növbəsində Ayşə də sevincini gizlətməyib: “Avtomobilimi dəyişdirmək fikrim var idi. Sərvətin hədiyyəsi sürpriz oldu. Onun kimi dost yoxdur!”.
0