Yığmamızın futbolçusunun Türkiyə klubuna keçidi rəsmiləşdi
22.07.2014 - 10:17
Azərbaycan milli komandasının sabiq üzvü Branimir Subaşiçin yeni klubu bəlli olub. Apasport.az xəbər verir ki, o, Türkiyə I dəstə təmsilçisi “Manisaspor”un şərəfini qoruyacaq.
Tərəflər arasında artıq müqavilə də bağlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Millimizin sabiq forvardı 2 illik müqaviləyə imza atıb.
Daha sonra o klubun yeni müqaviləsi və komandası haqqında fikirlərini bildirib: “Sevinirəm ki, belə bir komandaya gəldim. Burada əlimdən gələni edəcəm. İnanıram ki, uğur qazanmağı bacaracam”.
Qeyd edək ki, bundan əvvəl Branimir Subaşiçin “Bucaspor” klubuna keçəcəyi deyilsə də, o seçimini “Manisaspor” üzərində etmişdi.
0
0