Van Qal: Di Mariya komanda üçün çox gözəl əlavədir
27.08.2014 - 05:49
Van Qal: Di Mariya komanda üçün çox gözəl əlavədir

 

“Mançester Yunayted” klubunun baş məşqçisi Lui Van Qal yarımmüdafiəçi Anxel di Mariyanın keçidini şərh edib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis transferdən məmnun olduğunu qeyd edib.

 

O, argentinalı futbolçunun dünya səviyyəli oyunçu olduğunu qeyd edib: “Ən əsası isə odur ki, o, komanda futbolçusudur. Di Maria sol ayağı ilə oynayan cürətli və texnikalı oyunçudur. Belə oyunçular qarşısında ən möhkəm müdafiə belə əsir. Onun texnikasına, oyunu öz üzərinə götürmək, rəqib oyunçuları aldatmaq bacarığına baxmaq başqa aləmdir. O, komanda üçün yaxşı əlavədir”.

 

 

0