Bu gün Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə start veriləcək.
“Qalatasaray” “Yuventus”la qarşılaşacaq. İlk matç Türkiyədə keçiriləcək.
Apasport.az İstanbul nəhənginin “qoca sinyora” və İtaliya klubları ilə bağlı statistikasını təqdim edir.
“Cimbom” tarixdə 6 dəfə “Yuventus”la qarşılaşıb. Bunların hamısı Çempionlar Liqası çərçivəsində baş tutub. İlk dəfə 1998/99 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində “Qalatasaray” üstündür.
İstanbullular bu matçlarda 2 qələbə qazanıb, 3 heç-heçə edib və yalnız 1 dəfə məğlub olub. Həmin qalibiyyətlər komandalar arasındakı son üç matça təsadüf edib. Top fərqi də Türkiyə təmsilçisinin xeyrinədir – 9:7.
“Qalatasaray” ümumilikdə 26 dəfə İtaliya klubları ilə qarşılaşıb. “Cimbom” “Milan”la 6, “Roma” ilə 4, “Parma” ilə 2, “Bolonya” ilə 2, “Latsio” ilə 6 dəfə üz-üzə gəlib.
Tərəflər hərəyə 8 qələbə qazanıbsa, 10 görüş heç-heçə yekunlaşıb. Rəqib qapılarından 32 top keçirən “sarı-qırmızılılar” 38 qol buraxıb.
| Tarix | Mövsüm | Turnir | Mərhələ | Oyun | Hesab |
|---|---|---|---|---|---|
| 23.01.1963 | 1962/63 | ÇL | 1/4 final | "Qalatasaray" - "Milan" | 1:3 |
| 13.03.1963 | 1962/63 | ÇL | 1/4 final | "Milan" - "Qalatasaray" | 5:0 |
| 25.11.1992 | 1992/93 | AL | 1/8 final | "Roma" - "Qalatasaray" | 3:1 |
| 09.12.1992 | 1992/93 | AL | 1/8 final | "Qalatasaray" - "Roma" | 3:2 |
| 01.10.1997 | 1997/98 | ÇL | Qrup | "Parma" - "Qalatasaray" | 2:0 |
| 10.12.1997 | 1997/98 | ÇL | Qrup | "Qalatasaray" - "Parma | 1:1 |
| 16.09.1998 | 1998/99 | ÇL | Qrup | "Yuventus" - "Qalatasaray" | 2:2 |
| 02.12.1998 | 1998/99 | ÇL | Qrup | "Qalatasaray" - "Yuventus" | 1:1 |
| 21.09.1999 | 1999/00 | ÇL | Qrup | "Milan" - "Qalatasaray" | 2:1 |
| 03.11.1999 | 1999/00 | ÇL | Qrup | "Qalatasaray" - "Milan" | 3:2 |
| 23.11.1999 | 1999/00 | AL | 1/8 final | "Bolonya" - "Qalatasaray" | 1:1 |
| 09.12.1999 | 1999/00 | AL | 1/8 final | "Qalatasaray" - "Bolonya" | 2:1 |
| 21.11.2000 | 2000/01 | ÇL | Qrup | "Milan" - "Qalatasaray" | 2:2 |
| 07.03.2001 | 2000/01 | ÇL | Qrup | "Qalatasaray" - "Milan" | 2:0 |
| 11.09.2001 | 2001/02 | ÇL | Qrup | "Qalatasaray" - "Latsio" | 1:0 |
| 24.10.2001 | 2001/02 | ÇL | Qrup | "Latsio" - "Qalatasaray" | 1:0 |
| 20.11.2001 | 2001/02 | ÇL | Qrup | "Qalatasaray" - "Roma" | 1:1 |
| 13.03.2002 | 2001/02 | ÇL | Qrup | "Roma" - "Qalatasaray" | 1:1 |
| 17.09.2003 | 2003/04 | ÇL | Qrup | "Yuventus" - "Qalatasaray" | 2:1 |
| 02.12.2003 | 2003/04 | ÇL | Qrup | "Qalatasaray" - "Yuventus" | 2:0 |
| 02.10.2013 | 2013/14 | ÇL | Qrup | "Yuventus" - "Qalatasaray" | 2:2 |
| 11.12.2013 | 2013/14 | ÇL | Qrup | "Qalatasaray" - "Yuventus" | 1:0 |
| 18.02.2016 | 2015/16 | Al | 1/8 final | "Qalatasaray" - "Latsio" | 1:1 |
| 25.02.2016 | 2015/16 | AL | 1/8 final | "Latsio" - "Qalatasaray" | 3:1 |
| 16.09.2021 | 2021/22 | AL | Qrup | "Qalatasaray" - "Latsio" | 1:0 |
| 09.12.2021 | 2021/22 | AL | Qrup | "Latsio" - "Qalatasaray" | 0:0 |