“Qarşına aya tullanmağı məqsəd qoysan...” - MÜSAHİBƏ
04.02.2013 - 13:33
“Azərreyl”in voleybolçusu Polina Rəhimovanın apasport.az saytına müsahibəsi
- Hazırda Çempionlar Liqasının II pley-off mərhələsinin ilk görüşündə iştirak üçün komandanızla birgə İtaliyadasız. Zədənizdən sonra durumunuz necədir və “Yamamay”la oyuna çıxmaq ehtimalınız varmı?
- Bəli, indi İtaliyada “Azərreyl”in düşərgəsindəyəm. Zədədən sonrakı durumuma gəlincə, bu mənim üçün yeni hissdir. Çünki indiyədək heç vaxt belə vəziyyətə düşməmişdim. Dizimdəki zədə özünü göstərir. Xüsusilə də tullanmaqdan ibarət olan fərdi məşqlərdən sonra. Bir sözlə, hələki komanda ilə məşq etmirəm. Yalnız arada isinmə hərəkətlərində onlara qoşuluram. Deməli, “Yamamay”la oynamayacam. Komandamıza gəlincə, onların bu görüşə hazır olduğunu deyə bilərəm.
- Bəs azarkeşlər sizi nə vaxt meydanda görə biləcəklər?
- Bu suala dəqiq cavab verə bilmərəm. Bunu mənim həkim və fizeoterepevtlərimdən soruşsaz yaxşı olar. Onlardan sonra isə artıq məşqçilərim qərar verəcək. Axı, komanda ilə hazırlığa başlamağım hələ o demək deyil ki, ertəsi gün oynayacam. İlk növbədə əvvəlki formamı bərpa etməliyəm. Heç olmasa, həmin duruma çatmasam da, ona yaxınlaşmalı və heyətdə yerimi döyüşüb qazanmalıyam. Bu il “Azərreyl”də yaxşı rəqabət var və həmin amil az əhəmiyyət kəsb etmir.
- Təxminən 1 ilə yaxındır ki, oynamırsız. Komandanızı tribunadan izləmək nə dərəcədə çətindir? Çünki bəzən klubuna kömək etmək istəsən də, alınmır...
- Əvvəllər ilk oyunlarda çox qəribə qarışıq hisslər keçirirdim. Meydanda maraqlı epizodları izləyəndə tüklərim biz-biz olurdu. Sonra oynayanlara həsəd aparıb, kədərlənirdim. İndi isə oyunlara fərqli baxıram. Artıq bütün fikrimi, enerjimi meydanda baş verənlərə yönəldirəm. Azarkeş kimi komandanı səmimi dəstəkləyib, bərkdən əl çalıb alqışlamaqla onlara kömək etməyə çalışıram.
- “Azərreyl”in “Yamamay”la səfər oyunundan nə gözləmək olar? Azarkeşləriniz komandanızdan nə gözləsin?
- Əlbəttə, bu maraqlı sualdır. Amma səfər qələbəsinə ümid etmək olar. Heyətimizdə İtaliyada oynamış, hətta bu ölkənin vətəndaşı olan kifayət qədər voleybolçu var. Onlar apenninli azarkeşlərə və İtaliya klubları ilə mübarizəyə yaxşı bələddirlər. Düşünürəm ki, bu oyunçulara digərləri ilə müqayisədə daha asan olmalıdır. Fikrimcə, xüsusi çətinliklə üzləşmədən mərhələni keçəcəyik.
- Bəs cari mövsümdən nə gözləyirsiz? “Azərreyl”in Çempionlar Liqasında və Super Liqada nəyə ümid edə bilər?
- Məhz onu gözləyirəm ki, tam bərpa olunacam. Hələ martda İstanbulda keçiriləcək “Dördlər finalı”nda çıxış etməyimə ümidim ölməyib. Komandaya görə isə cavab verə bilmərəm. Amma ən yüksək mükafatları arzulayıram. Düşünürəm ki, heç bir normal idmançı özünə ikinci yer və ya daha aşağı pillə arzulamaz. Bir sözlə, həmişə qarşına məqsəd kimi böyük hədəflər qoymaq lazımdır. İdman ustası olan anamın mənə həmişə bir tövsiyəsi var: Qarşına aya tullanmağı məqsəd qoysan, ən azı hasardan tullanacaqsan (gülür).

0
0