“Qəbələ”nin AFFA-dan istəyi – yardımı artırın
29.06.2022 - 11:20
![“Qəbələ”nin AFFA-dan istəyi – yardımı artırın](https://apasport.az/storage/news/2022/june/29/big/62bbfd41a924562bbfd41a9246165648723362bbfd41a924362bbfd41a9244.jpg)
“Qəbələ” AFFA-ya məktubla müraciət edib.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, burada əyalət klubunun yeni mövsümlə bağlı assosiasiyadan istəkləri öz əksini tapıb.
Konfrans Liqasında mübarizə aparacaq “qırmızı-qaralar” onlara ayrılacaq yardım paketinin miqdarının artırılmasını qurumdan xahiş edib. 2 milyon manat vəsaitin klubun normal fəaliyyət göstərməsi üçün yetərli olmadığı məktubda faktlarla göstərilib.
“Qəbələ”nin istəyi böyük məbləğ əldə etmək deyil. Söhbət bir neçə yüz min manatdan gedir.
0
0