"Sabah"ın məşqçisi: "Bu gün motivasiya başqa cür idi"
08.02.2024 - 22:22
!["Sabah"ın məşqçisi: "Bu gün motivasiya başqa cür idi"](https://apasport.az/storage/news/2024/february/08/big/65c51bc3e76c865c51bc3e76c9170741651565c51bc3e76c665c51bc3e76c7.jpg)
"Sabah" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Qarabağ"ı 4:3 hesabı ilə məğlub etsə də, turnirdə mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Birinci oyunda hesabın böyük olmasına baxmayaraq, futbolçularda bu gün motivasiya başqa cür idi. Bir dəyişiklik oldu. "Qarabağ"ı daha çox orta zonada qarşılayırdıq. Çalışırdıq ki, əks-hücumlarda oynayaq. Bəzi epizodlar alınırdı, bəziləri alınmırdı. Bunun üzərində işləmək lazımdır".
0
0