!["Sumqayıt" - "Fehervar" matçından əvvəl açıq məşq keçiriləcək](https://apasport.az/storage/news/2024/july/22/big/669e2ab5db38c669e2ab5db38d1721641653669e2ab5db38a669e2ab5db38b.jpg)
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
Apasport.az xəbər verir ki, əvvəlcə saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və 1 futbolçu media mənsubları önünə çıxacaq. Saat 18:30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.
Saat 19:30-da “Sumqayıt” FK-nın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı baş tutacaq. 20:00-da isə təmsilçimizin oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.
Qeyd edək ki, media mənsubları akkreditasiyalarını iyulun 24-ü saat 11:00-dan etibarən Mehdi Hüsynzadə adına Sumqayıt şəhər stadionunun mətbuat konfransı zalından götürə bilərlər.