Abdurrahman Hüseynli dünya çempionatında 1/4 finala yüksəldi
28.07.2026 - 14:00
Abdurrahman Hüseynli dünya çempionatında 1/4 finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda keçirilən U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Lyes Bumazanı 9:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Hüseynli təsnifat mərhələsində də qazaxıstanlı Kuanişbek Janqajolunu eyni hesabla üstələmişdi.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.