"Bayern"dən qələbə, PSJ-dən məğlubiyyət
11.02.2023 - 22:18
!["Bayern"dən qələbə, PSJ-dən məğlubiyyət](https://apasport.az/storage/news/2023/february/11/big/63e7e274e3c7163e7e274e3c72167614117263e7e274e3c6c63e7e274e3c6f.jpg)
UEFA Çempionlar Liqasının pley-offunda bir-birinə rəqib olan "Bayern" və PSJ milli çempionatlarda fərqli nəticələrlə yadda qalıb.
Apasport.az xəbər verir ki, Münxen təmsilçisi Almaniya Bundesliqasının XX turunda öz meydanında "Boxum"u 3:0 hesabı ilə məğlub edərək liderliyini möhkəmlədib.
Zədələri olan Kilian Mbappe və Lionel Messisiz meydana çıxan PSJ isə Fransa çempionatının XXIII turunda səfərdə güclü "Monako"ya 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, PSJ fevralın 14-də "Bayern"i qəbul edəcək.
0
0