34 yaşında debüt qolu
15.10.2023 - 02:07
![34 yaşında debüt qolu](https://apasport.az/storage/news/2023/october/15/big/652b114a3c405652b114a3c4061697321290652b114a3c403652b114a3c404.jpg)
Cakomo Bonaventura İtaliya yığmasının tarixinə düşüb.
Apasport.az saytı xəbər verir ki, o, 34 yaşında milli komandanın heyətində ilk qolunu vurub.
Bonaventura AVRO-2024-ün seçmə mərhələsində Maltanın qapısına yol tapıb. Bu uğur onun “Skaudra Azurra”nın heyətində keçirdiyi 15-ci oyuna təsadüf edib. Bonaventura İtaliya yığmasının heyətində debüt qolunu vuran ən yaşlı futbolçu olub.
0
0