“Arsenal” 18 yaşlı futbolçusu ilə müqavilə yeniləyəcək
17.01.2025 - 13:13
![“Arsenal” 18 yaşlı futbolçusu ilə müqavilə yeniləyəcək](https://apasport.az/storage/news/2025/january/17/big/678a1ec2e081d678a1ec2e081e1737105090678a1ec2e081b678a1ec2e081c.webp)
“Arsenal” yarımmüdafiəçisi Mayls Luis-Skelli ilə müqavilə müddətini uzatmaq istəyir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 18 yaşlı ingilis üçün təklif hazırlayır.
Məşqçilər heyəti Maylsın inkişafından məmnundur. O, İngiltərə Premyer Liqasının cari mövsümündə “topçular”ın heyətində 7 oyuna çıxıb.
“Arsenal” İngiltərə Premyer Liqasının turnir cədvəlində lider “Liverpul”dan 4 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.
0
0