Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilir.
Apasport xəbər verir ki, bu gün baş tutan qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq 4 milli komanda məlum olacaq.
Oyunların hamısı Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Türkiyə millisi səfərdə Kosovo yığmasına minimal hesabla qalib gələrək 24 il sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb - 1:0.
Qeyd edək ki, dünya çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
DÇ-2026, pley-off mərhələsinin final oyunları
31 mart
Bosniya və Herseqovina - İtaliya 1:1
Kosovo - Türkiyə 0:1
Çexiya - Danimarka 1:1
İsveç - Polşa 3:2