İngiltərəli futbolçu “Beşiktaş”dan ayrıla bilər
28.01.2025 - 19:21
![İngiltərəli futbolçu “Beşiktaş”dan ayrıla bilər](https://apasport.az/storage/news/2025/january/28/big/6798f309ee7a06798f309ee7dd17380769376798f309ee79e6798f309ee79f.jpeg)
Türkiyə Super Liqası komandalarından “Beşiktaş”da ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, Aleks Oksleyd-Çemberleyn karyerasını İngiltərədə davam etdirə bilər.
Yarımmüdafiəçi ilə “Vulverhempton” və “Lester Siti” klubları yaxından maraqlanır.
Türkiyə təmsilçisi də futbolçunu satmağa müsbət yanaşır.
Xatırladaq ki, Çemberleyn “Beşiktaş”a 2023-cü ildə “Liverpul”dan transfer edilmişdi.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm “ağ-qaralar”ın heyətində çıxış etdiyi 6 rəsmi matçda 1 qolla yadda qalıb.
0
0