"Yuventus" finalın bir addımlığında
12.01.2024 - 11:00
!["Yuventus" finalın bir addımlığında](https://apasport.az/storage/news/2024/january/12/big/65a0ce85d709165a0ce85d7092170503744565a0ce85d708f65a0ce85d7090.jpg)
İtaliya kubokunun 1/4 finalında "Yuventus" və "Frozinone" üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, matçda "Yuventus" 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksələn sonuncu komanda olub.
Arkadiuş Milik 11, 38 və 48-ci dəqiqələrdə fərqlənərək het-trik edib. 61-ci dəqiqədə isə Kənan Yıldız toru silkələyib.
Bu nəticə ilə "Yuventus" yarımfinalda "Latsio"nun rəqibi olub. Yarımfinalın digər cütü isə "Fiorentina" və "Atalanta"dır.
Qeyd edək ki, yarımfinal oyunları mart ayında baş tutacaq.
0
0