Dünya Kubokunda 4-cü oldu
11.07.2022 - 14:40
Dünya Kubokunda 4-cü oldu

İsveçrənin Lutsern şəhərində təşkil olunan akademik avarçəkmə üzrə Dünya kubokunun III mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, sonuncu mərhələ olan bu turnirdə Azərbaycanı Diana Dimçenko təmsil edib. 

O, bir nəfərlik akademik qayıqda 2000 m məsafəyə yarışlarda mübarizə aparıb. 
Təsnifat mərhələsində uğurlu çıxış edən Dimçenko 07:31.31 dəqiqə nəticə ilə finiş xəttinə ikinci çatıb. Yalnız avstraliyalı Tara Riqnidən (07:29.64) geri qalan təmsilçimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb. 

Yarımfinalda da avarçəkənimiz ikinci yeri təmin edib. O, finiş xəttini 07.29.87 dəqiqəyə keçərək əsas final olan A finalında çıxış etmək hüququ qazanıb. Diana finalda 2000 m məsafəni 07.31.84 dəqiqəyə qət edib. Bununla da Diana Dimçenko Dünya kubokunda 4-cü yerə sahib olub. Almaniyalı Aleksandra Foster bütün rəqiblərini qabaqlayıb. Avstraliyalı Tara Riqni 2-ci, Canin Qmelin isə üçüncü yer tutub.

writer photo
Əlirza Əlirzalı
0