Ərəb klubları “Qarabağ”ın futbolçusunu istəyir
03.10.2023 - 15:18
Ərəb klubları “Qarabağ”ın futbolçusunu istəyir

“Qarabağ”ın futbolçusu Adama Diakabi karyerasını Asiya ölkələrinin birində davam etdirə bilər.

Apasport.az saytına verilən məlumata görə, fransalı futbolçunun xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

Bununla yanaşı isə Ağdam klubunun futbolçusunu Rumıniya klublarından biri də transfer etmək istəyir. Diakabini istəyən klubların sayı az olmasa da, həmin çempionatlarda “transfer pəncərəsi”nin bağlı olmasına görə yarımmüdafiəçinin böyük ehtimalla Azərbaycanda qalacağı gözlənilir. Qışda isə “Qarabağ” onun azad agent kimi yeni komandasına qoşulmasına şərait yaradacaq. 2022/2023 mövsümünün gedişində “Qarabağ”a keçmiş Diakabinin müqaviləsinin müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.

Əlavə edək ki, Diakabi Azərbaycan çempionatının oyunlarında meydana çıxsa da, klub onun adını Avropa Liqasının oyunları üçün sifariş ərizəsinə daxil etməyib.

writer photo
Əlirza Əlirzalı
0