Messi Argentina - Uruqvay oyununda
16.11.2023 - 12:02
Messi Argentina - Uruqvay oyununda

Lionel Messinin DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin V turunda iştirakı dəqiqləşib.

Apasport.az xəbər verir ki, 36 yaşlı hücumçu Uruqvayla ev matçında iştirak edəcək.

Messinin lideri olduğu Argentina millisi rəqibini “Estadio Monumental”da qonaq edəcək. Təcrübəli forvardın son 25 gündə cəmi 1 oyun keçirməsinə baxmayaraq, onun matça hazır olduğu açıqlanıb.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsinə 4 qələbə ilə başlayan Argentina 12 xalla liderdir.

writer photo
Əlirza Əlirzalı
0