"Neftçi"dən daha bir ilk
01.02.2024 - 22:53
“Neftçi” Azərbaycan futbolu tarixində daha bir ilkə imza atır.
Apasport.az xəbər verir ki, klub “Top səndə” layihəsini pilot çərçivədə həyata keçirəcək.
Belə ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində fevralın 9-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sumqayıt” matçında komandanın ilk qolunun müəllifinin rəqib qapısından keçirdiyi top qolu vuran futbolçu tərəfindən imzalanacaq və klubun stadionda yerləşən fan mağazasında satışa çıxarılacaq.
Qeyd edək ki, satışdan əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
0
0