“Qarabağ” “Top-5”də - dünyada uğurlu seriya
17.10.2022 - 17:18
“Qarabağ” “Top-5”də - dünyada uğurlu seriya

Dünya liqalarında davam edən ən uzun məğlubiyyətsizlik seriyaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da “Top-5”də yer alıb.

Qurban Qurbanovun yetirmələri 29 oyundur uduzmur. Misli Premyer Liqasının cari mövsümündə 9 matçda məğlub olmayan Ağdam klubu ötən çempionatı 20 oyunluq seriya ilə başa vurub.

Bu, hazırda dünyada 5-ci göstəricidir. “Srvena Zvezda” hamıdan öndədir. Ardıcıl 37 matçdır uduzmayan Serbiya klubu digərləri üçün əlçatmazdır.

“Darul Takzim” Malayziya çempionatında 34 görüşdür uduzmur. Üçüncü yerin iki şəriki var. Çexiya “Viktoriya”sı və Tacikistan “İstiklol”u 31 qarşılaşmadan xalsız ayrılmayıb.

Qeyd edək ki, “Qarabağ” cari mövsümdə nəinki uduzmayıb, hətta xal da itirməyib.
 

writer photo
Əlirza Əlirzalı
0