"Qarabağ"da yeni təyinat - RƏSMİ
17.02.2024 - 15:48
"Qarabağ"da yeni təyinat - RƏSMİ

“Qarabağ”da yeni təyinat rəsmiləşib.

Apasport.az xəbər verir ki, Nail Kərimov klubumuzun futbol akademiyasının uğurları üçün çalışacaq.

Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-24-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

writer photo
Əlirza Əlirzalı
0