Reziuan Mirzov: “Zenit” çox dəyişib”
15.11.2023 - 12:36
Reziuan Mirzov: “Zenit” çox dəyişib”

“Neftçi”nin futbolçusu Reziuan Mirzovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçi bu gün “Neftçi Arena”da təşkil olunan tədbirdə “Zenit”lə yoldaşlıq oyunu barədə sualları cavablandırıb.

- Rusiyanın 10-a yaxın klubunda oynamısız. Onlardan hansındakı qolunuz yaddaqalandır. Rusiyada oynamış futbolçu kimi “Zenit”ə qol vurmaq kimi məqsədiniz var?
- Uzun müddət Rusiya Premyer Liqasında oynasam da, bu, həmin “Zenit” deyil. Komanda çox dəyişib. Oynadığım vaxtlar “Zenit” rəqiblərdən güclü idi. Hazırda isə rəqiblərini 4-5 top fərqilə udması şansla bağlı ola bilər. İndi yadıma düşür ki, bir dəfə "Arsenal"da oynadığım vaxt 4:2 hesabla qalib gələndə 2-ci qolu mən vurmuşdum. 3 gündən sonra çalışacağam qol vurum. Yoldaşlıq oyunu olmasının fərqi yoxdur.

- Komandanın çıxışını necə qiymətləndirirsiz?
- Çətin dövr yaşayırıq. Azarkeşləri basa düşürük, vəziyyəti dəyişmək lazımdır. Hər oyunda qələbə qazanmaq lazımdır ki, bizə olan münasibət dəyişsin.

- Öz oyununuzdan razısız?
- Bilirsiniz ki, 3 ay məşq eləmirdim. Fərdi məşq keçirdim. Çalışıram optimal formamı yığım və hər oyunda iştirak edim.

- “Spartak” karyeranız niyə istənilən kimi olmadı?
- “Spartak” Rusiyanın ən böyük klublarından biridir. Amma mən istədiyim kimi alınmadı. Buna baxmayaraq, Rusiyada istədiyim klubda forma geyinmişəm.

- “Zenit”lə oyun çempionatdakı matçlardan nə ilə fərqlənəcək?
- Sözsüz ki, güclü rəqiblə qarşılaşacağıq. Belə rəqiblərə qarsı oynamaq 1 həftə məşq etməkdən daha faydalıdır. Biz bu oyundan böyük təcrübə qazanacağıq. Çempionat üçün də böyük dəyişiklik olacaq.

- “Neftçi” səfərdə daha yaxşı oynayır. Bəs ev oyunlarında niyə alınmır? Təcrübəli futbolçu kimi bunu nə ilə izah edirsiz?
- Öz stadionumuzda daha yaxşı oynamalıyıq. Evdəki 5 matçın dördündə qalib gələ bilərik. Doğma azarkeşlər önündə daha yaxşı oynamağa çalışacağıq. 

- “Zenit”lə matçda hansı nəticəni gözləyirsiz?
- Bəzən emosional şəkildə nəsə deyirsən. Lakin meydana çıxanda allnmır. Özümə belə şeyi yaraşdırmıram. Stadionda qələbə qazanım, sonra nəsə deyə bilərəm. Əsas da məhz budur.

- Son oyunlarda yalnız “Turan Tovuz”a qalib gəlmisiz. Digər komandalara məğlubiyyəti nə ilə əlaqələndirirsiz? “Zenit”lə görüş barədə nə fikirləşirsiz?
- Ümumiyyətlə böyük komandalarda oyun çox zövq verir, belə matçlardan qələbə və ya bizə sərf edən nəticə ilə çıxmalıyıq. İstərdik ki, azarkeşlər bizə gəlib stadionda dəstək olsun.

Qeyd edək ki, “Neftçi” – “Zenit” matçı noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək. 
 

writer photo
Əlirza Əlirzalı
0