"Turan Tovuz" legioneri ilə yollarını ayırıb
02.08.2024 - 13:30
"Turan Tovuz" legioneri ilə yollarını ayırıb

"Turan Tovuz" klubu futbolçusu Bruno Qonçalveslə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı braziliyalı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Bruno Qonçalves 2023-cü ilin yayında "Turan Tovuz"a keçmişdi.

writer photo
Əlirza Əlirzalı
0